Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


04.05.2017  10:32 

BMT-nin büdcəsində kəsir yarandı





A+  A-

İndiyə qədər BMT-yə üzv 193 dövlətdən 92-si 2017-2018-ci illər üçün büdcəyə ödəniş edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 ölkə çoxdur.
XəzərNews.az xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT baş katibinin idarəetmə məsələləri üzrə müavini Yukio Takasu bildirib.
Onun sözlərinə görə, BTM-nin maliyyə vəziyyəti bu il ümumilikdə yaxşı olub, ancaq üzv ölkələrin çoxu hələ də ödənişi etməyib və ya etməyə heç tələsmir: "Ona görə də ilin sonuna təşkilatın vəziyyəti daha da çətinləşə bilər, ola bilsin, borca pul götürdük".
Qeyd edək ki, 2016-2017-ci illər üzrə BMT-nin büdcəsi 5,4 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Hər bir ölkənin ödəməli olduğu haqq təşkilatın ümumi xərclərinin faizi üzrə hesablanır. Ödəniş miqdarı hər üç ildən bir BMT Baş Assambleyası tərəfindən müəyyən edilir.
Bu bölgüyə görə, ABŞ BMT-nin müntəzəm büdcəsinin 22%-ni, Yaponiya təxminən 10%-ni, Çin 7,9%-ni, Almaniya 7%-dən bir qədər çoxunu, Rusiya təxminən 3%-ni ödəyir. Azərbaycanın faiz göstəricisi isə 0,060 təşkil edir.

Xəbər 1202 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +