Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


29.12.2023  09:12 

DTX gizli pul köçürmə sistemi quran Hamid Safarini Bakıda həbs etdi





A+  A-

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Ghafour barədə həbs qətimkan tədbiri seçilib.

Onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.

Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub./“Qafqazinfo”

Xəbər 1160 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +