Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


19.03.2019  08:43 

Bu gün İlaxır çərşənbədir





A+  A-

Bu gün Novruzun son çərşənbəsi, torpağın və həyatın oyandığı İlaxır çərşənbədir.
XəzərNews.az xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsidir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə bəzi bölgələrdə Novruz bayramı qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

Xəbər 1810 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +