Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi


12.03.2025  17:30 

Oxumağa gedirlər, amma geri qayırmırlar...





A+  A-

Təhsil məqsədi ilə xaricə üz tutan vətəndaşların sayı xeyli artıb. İlk baxışdan bu, normal, hətta müsbət tendensiya kimi görünsə də, onların əsas hissəsinin gənc və yeniyetmələr deyil, ortayaşlılar olması müəyyən suallar doğurur.

XəzərNews.az mövzu ilə bağlı "Yeni Sabah"a danışan təhsil ekspert Ramal Şəmşədli bildirib ki, vətəndaşları xaricdə təhsil almağa sövq edən bir neçə amil var:

“Əvvəla, gənclər daha yaxşı təhsil, peşə bacarığı və karyera imkanı axtarırlar. Avropa ölkələri, xüsusən Almaniya, Polşa və Çexiya, daha geniş təhsil proqramları, yüksək keyfiyyətli təhsil və əmək bazarının genişliyi ilə məşhurdur. Bu ölkələrdə təhsil haqqının daha əlverişli olması, yüksək səviyyəli tədris gəncləri cəlb edir.

Bundan əlavə, xarici ölkələrdə təhsil sosial-iqtisadi problemlərdən qaçış sayıla bilər. Azərbaycanda bəzi sahələrdə iş imkanlarının məhdud olması, yüksək əmək haqqı və karyera perspektivlərinin yoxluğu, böhran və işsizlik və s. gənclərin xaricə yönəlməsinin başlıca səbəbləridir”.


Ekspert qeyd edib ki, gənclərin bir çoxu ölkəyə qayıtmır:

“Bəzi məzunlara xarici ölkələrdə daha yaxşı əmək haqqı və karyera imkanları təqdim edilir. Onların təxminən 30-40%-i təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdır. Qalanları xaricdə iş tapmaq və yaşamaq istəyir”.


Xəbər 2711 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +