Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


13.02.2025  14:59 

Turan Agentliyi fəaliyyətini dayandırır





A+  A-

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev fəaliyyətlərinin dayandırıldığını elan edib.

XəzərNews.az xəbər verir ki, M.Əliyev və kollektiv adından yayılan müraciətdə deyilir:

"Hörmətli oxucular,

Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.

Lakin bu gün qaçılmaz bir reallıqla üzləşirik: daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi.

Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır.

Sizə - oxucularımıza - bizə göstərdiyiniz etimad və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Sizin marağınız və iştirakınız bizim fəaliyyətimizin əsas hərəkətverici qüvvəsi olub və biz bu yolda sizinlə yeni və daha mənalı şəkildə davam edəcəyimizə ümid edirik. Biz hazırkı modeldən geri çəkilsək də, əsas məqsədimizdən - mürəkkəbləşən dünyanı anlamağa kömək edən müstəqil səs olmaqdan imtina etmirik.
Turanın hekayəsi hələ bitməyib. Bizimlə qalın".

Xəbər 2350 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +