Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.09.2020  11:07 

“Fedya” ləqəbli narkotacir tutuldu





A+  A-

Xaçmaz sakinində narkotik maddələr aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 510 qram heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 1906 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +