İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


08.09.2017  19:54 

Mehman Əliyev məhkəməyə gətirilmədi





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində tutulma qərarının qanunsuz hesab edilməsi və girov müqabilində azadlığa buraxılması vəsatətləri baqda Yasamal rayon məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətlərinə baxılması gözlənilirdi.
Vəkil Fuad Ağayev bildirib ki, o və ittiham tərəfi məhkəmədə olsa da, M.Əliyev saat 18:00-a kimi məhkəməyə gətirilməyib.

Hakimlər bildirib ki, bu, Penitensiar Xidmətin problemidir. Buna görə də proses sentyabrın 11-nə təxirə salınıb.

İttihama görə, M.Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

(qafqazinfo.az)

Xəbər 1626 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +