İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


19.08.2017  13:46 

İcra Hakimiyyəti mərkəzi bazarı bağladı





A+  A-

Göyçay Rayon İcra Hakimiyyəti rayonun mərkəzi bazarını bağlayıb. İllərdir burada ticarətlə məşğul olan şəxslərə icra başçısının yeni açdığı bazara köçmək təklif olunub. Lakin bu təkliflə və şərtlərlə razılaşmayan ticarətçilər bu gün səhər bazarın daşla hörülən qapısını dağıdıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə virtualaz.org-a şikayətçilər özləri məlumat veriblər. Onların sözlərinə görə, icra başçısının göstərişi ilə öz yerlərindən məcburi şəkildə çıxarılırlar: "Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonda digər bir ünvanda təzə bazar açıb və bizə də hələ bir neçə ay əvvəldən ora köçmək təklif olunub. Amma orada alver eləmək bizə sərf eləmir. İllərdir burada ticarətlə məşğuluq, yerimizdən narazılığımız yoxdur. Dünən axşam da gətirib bazarın girişini daşla hörüblər. Biz niyə öz yerimizdən didərgin düşməliyik ki?" - sakinlər şikayət edirlər.

Şikayətçilər bildirirlər ki, dəfələrlə icra hakimiyyətinə etiraz etsələr də, onları dinləyən olmayıb. Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gəlsələr də, şikayətçilər onları qovublar.

Problemi araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyətinin birinci müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla əlaqə saxlasaq da, heç bir məlumat əldə edə bilmədik. Məlum oldu ki, rayonda baş verən proseslərdən icra hakimiyyətində xəbərsizdirlər. "Mənim bu barədə heç bir məlumatım yoxdur", - deyə icra rəsmisi bildirdi.

Xəbər 1290 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +