Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib


11.01.2024  09:54 

Narkotikə görə beşinci dəfə saxlanıldı





A+  A-

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəzərnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərə görə dörd dəfə məhkum olunmuş Rəfael Əliyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbər 1039 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +