Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


11.06.2018  18:52 

Azərbaycan mafiyasına qarşı genişmiqyaslı əməliyyat





A+  A-

Almaniyanın 280 federal polis və gömrükçüsü Şlezviq-Qolşteyndə, Alt Saksoniyada və Şimali Reyn-Vestfaliidə on bir mənzildə və işgüzar yerdə axtarış aparıb.
XəzərNews.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Presseportal.de məlumat yayıb.

Qeyd olunur ki, bu tədbirlər Almaniyaya qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olmuş Azərbaycan və Rumıniya vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətinin araşdırılması çərçivəsində həyata keçirilib.

Almaniyanın üç regionunda aparılan axtarışların gedişatında polis əməkdaşları və gömrükçülər müxtəlif sənədləri, pulu, saxta şəxsiyyət vəsiqələrini, kompüterləri, mobil telefonları və silahları sübut kimi götürüblər.

Flensburq şəhərinin prokurorluğu tərəfindən beş nəfərə qarşı cinayət işi qaldırılıb. İstintaq onları Almaniyaya miqrantların qanunsuz trafikində və sonradan sənədlərin qanuni şəklə salınması işinin təşkilində əsas günahkar hesab edir.

Bildirilir ki, cinayətkar qruplaşma əsasən Moldovadan qanunsuz miqrasiyanın təşkili ilə məşğul olub. Cinayətkarlar miqrantları Avropa Birliyinə girişə icazə, ölkədə olma və iş icazəsi kimi saxtalaşdırılmış sənədlərlə təchiz ediblər.

İndi istintaq onlar tərəfindən Almaniyada nə qədər insanın leqallaşdırıldığını və federal büdcəyə vurulmuş maddi ziyanın ölçüsünü müəyyən etməyə çalışır.

Xəbər 1630 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +