Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


27.04.2017  11:03 

Ziya Məmmədovun müşaviri qohumunu yenidən məhkəməyə verir





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin 7 kiloqram qızılını mənimsəməkdə ittiham edilən və bir neçə gün öncə bəraət alan Rövşən Əhmədovun iddialarına qarşı tərəf münasibət bildirib. R.Əhmədov həbsdən çıxdığı gün redaksiyamıza gələrək qohumu Ç.Baxşıyev haqda ciddi ittihamlar səsləndirmişdi.
XəzərNews.az xəbər verir ki, Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında ittihamlara münasibət bildirib. O deyib ki, R.Əhmədovun dedikləri yalan və şər-böhtandır: “Onun iddialarının heç bir hüquqi əsası yoxdur. Çingiz Baxşıyevi bir çox ağır cinayətlərdə ittiham edib. Biz də buna görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qısa zamanda onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyik.

Bu hərəkəti əvvəlki fəaliyyətinin bu və ya digər formada davamıdır. Rövşən Əhmədov öz bacısına qarşı törətdiyi cinayətinə görə Salyan rayon məhkəməsinin hökmü ilə məhkum edilib. Bu məlumatı bəraət hökmü çıxaran hakim də bilirdi. Rövşən Əhmədov barəsindəki bəraət hökmü ilə bağlı da mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik”.

C.Yusifov qeyd edib ki, R.Əhmədov bundan öncə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Xəbər 1469 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +