Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?
Antalyada İlham Əliyev Ərdoğanla görüşüb
Stiv Vitkoff Putinlə görüşə bilər
Çin ABŞ mallarına rüsumları 125%-ə qaldırdı
Avropa yenə Ukrayna üçün toplaşdı
“QHT işi” üzrə daha bir nəfər məsuliyyətə cəlb olunub
Tovuzda 5 məktəbli dəm qazından zəhərləndi
İran Ermənistanda ABŞ diplomatlarını girov götürə bilər - Politoloq
Vahid Əhmədovun oğlu hakim təyin olundu
Xanlar Vəliyev hakim təyin edilib


23.10.2018  14:43 

Ramil Usubov Binədəki yollarla bağlı tapşırıq verdi





A+  A-

Oktyabrın 1-də Binə qəsəbəsində qatarla 160 saylı marşrut avtobusunun toqquşduğu, nəticədə iki nəfərin öldüyü və 40 nəfərin yaralandığı küçədə yol hərəkətinin təşkilində problemlər olması barədə elə həmin ərəfədə şikayətlər yayılırdı. Sosial şəbəkədə yayılan şəkillərdə qəsəbənin 275 sakininin Daxili işlər naziri Ramil Usubova müraciət etdiyi qeyd olunur.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məsələyə aydınlıq gətirmək üçün oktyabrın 2-də nazirliyə sorğu verib və həqiqətən onlara belə bir müraciətin daxil olub-olmadığına cavab verilməsini istəyib.

275 nəfər qəsəbə sakininin imza atdığı müraciətdə nazir Ramil Usubovdan həmin yolda hərəkətin nizamlanmasını xahiş edilib. Sakinlər qeyd edib ki, asfalt yolu çəkilsə də, işıqfor, sürət nişanları qoyulmayıb və ərazidə yol polisi xidmət aparmır. Bu da piyadaların vurulması ilə nəticələnən qəzalara səbəb olub: “Hər ay yol qəzalarında ən az 2-3 piyada həyatını itirir. Bu məsələ ilə əlaqədar dəfələrlə DYP idarəsinə müraciət olunmasına baxmayaraq, heç bir tədbir görülməyib”.

Oktyabrın 22-də Baş Dövlət Yol Polisi İdarəsinin rəsi müavini Elşən Kazımovun adından “Qafqazinfo”ya daxil olan cavab məktubunda sakinlərin nazirə belə bir məzmunda müraciət etdiyi təsdiqlənib:

“Binə qəsəbəsinin bir qrup sakini oktyabrın 2-də qəsəbədə hərəkətin təşkili barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə kollektiv müraciət ünvanlayıblar.

Müraciətlə bağlı ərazi müayinə olunaraq Binə qəsəbəsinin Əli İsazadə küçəsində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq yol nişanlarının qurulması, piyadaların hərəkətinin intensiv olduğu yol sahələrində nizamlanmayan piyada keçidlərinin yaradılması barədə qərar qəbul olunaraq icrası təmin olunub.

Bununla yanaşı, Binə qəsəbəsində yol hərəkəti qaydalarına riayət etməyən sürücülərə qarşı mübarizəinin gücləndirilməsi üçün Xəzər Rayon Polis İdarəsinə tapşırıq verilib”.

Qeyd edək ki, həmin yolda baş verən qəzaya görə 160 saylı marşrut avtobusunun sürücüsü Əlixan Şıxəliyev və daşıyıcı şirkət olan “Ayşən LTD”-nin dispetçeri Mübariz Fərəcov həbs olunub. Qəza nəticəsində 12 yaşlı şagird Yusif Dadaşzadə və 56 yaşlı müəllim Şakir Əliyev vəfat edib.

Xəbər 1635 dəfə oxunub.




11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +