Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?
Antalyada İlham Əliyev Ərdoğanla görüşüb
Stiv Vitkoff Putinlə görüşə bilər
Çin ABŞ mallarına rüsumları 125%-ə qaldırdı
Avropa yenə Ukrayna üçün toplaşdı
“QHT işi” üzrə daha bir nəfər məsuliyyətə cəlb olunub
Tovuzda 5 məktəbli dəm qazından zəhərləndi
İran Ermənistanda ABŞ diplomatlarını girov götürə bilər - Politoloq
Vahid Əhmədovun oğlu hakim təyin olundu
Xanlar Vəliyev hakim təyin edilib


22.10.2018  18:46 

Dövlət Miqrasiya Xidməti 166 əcnəbini saxladı





A+  A-

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 nəfər əcnəbi saxlanılıb. Onlardan 1 nəfər Pakistan və 1 nəfər Gürcüstan vətəndaşı Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, saxlanılmış 13 nəfər Türkmənistan və 9 nəfər Türkiyə vətəndaşının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 141 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Həmin əcnəbilərdən 125 nəfər barəsində inzibati qərarlar qəbul olunub. Digər 41 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Xəbər 1733 dəfə oxunub.




11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +