İsveç müdafiə xərclərini artırır
Xarkovu hücum: 11 nəfər yaralanıb
Rusiya üçün döyüşən daha bir azərbaycanlı həlak oldu
Prezident və xanımı Sarıcalı kəndində...
Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu


07.10.2017  11:46 

Ziya Məmmədovun səhvi və nəticəsi... - VİDEO





A+  A-

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun 4 il ərzində milyonlarla manat xərcləyərək ərsəyə gətirdiyi Ziya Bünyadov prospektinin bir hissəsi bağlanıb. Bir aya yaxındır Əhməd Rəcəbli prospekti ilə Əliyar Əliyev küçəsi arasındakı hissədə təmir işləri aparılır.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olaraq bir neçə il əvvəl istifadəyə verilən yolun təmirə bağlandığını aydınlaşdırıb.

Məlum olub ki, yolun bəzi yerlərində tikinti zamanı yağış kollektoru quraşdırılsa da, çökək yer olan hissədə sabiq nazir buna ehtiyac görməyib. Lakin son dönəmdə yağan intensiv yağışlar zamanı dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkətinin iflic olması və maşınların suyun içində sönüb qalması müvafiq qurumları yenidən düşünməyə vadar edib.

Nazirlər Kabinetinin qərarı ilə paytaxtın bir neçə yerində yağış kollektorları quraşdırılmağa başlayıb. Bunun üçün isə yeni istifadəyə verilən yolların asfalt qatı və bərkidilmiş hissəsi yenidən qazılır, dağıdılır. Buna da yenə milyonlarla xərc çəkilir.

Təmir işlərini həyata keçirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, yol noyabrın əvvəlində istifadəyə veriləcək: “Həmin ərazidə yağış zamanı yığılan sular nəqliyyatın hərəkətini mümkünsüz edirdi. Bunun qarşısını almaq üçün kanalizasiya kollektorları quraşdırılır. Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Əliyar Əliyev küçəsi arasında xətt çəkiləcək. Əliyar Əliyev küçəsi ilə kəsişmədən sonrakı hissədə kollektorlar olsa da, indi təmir gedən ərazidə yox idi”.

Hazırda Ə.Rəcəbli prospektindən sağa dönərək Z.Bünyadov prospektinə çıxan yol “Çermet” körpüsünə kimi və körpünün alt hissəsi bağlıdır.


Xəbər 2260 dəfə oxunub.




26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu


BÜTÜN XƏBƏRLƏR +