İsveç müdafiə xərclərini artırır
Xarkovu hücum: 11 nəfər yaralanıb
Rusiya üçün döyüşən daha bir azərbaycanlı həlak oldu
Prezident və xanımı Sarıcalı kəndində...
Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu


21.04.2017  12:44 

Milli Məclisdə avtobuslardakı reklamlara etiraz edildi





A+  A-

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
XəzərNews.az-ın xəbərinə görə, iclasda “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik müzakirəyə çıxarılıb.

Komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, bir zamanlar orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi.

“Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu”.

O bildirib ki, hazırda bu sahədə çox ciddi nəzarət var.

Deputat Dilarə Cəbrayılova deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır:

“Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu da bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir”.
Deputat Astan Şahverdiyev bildirib ki, uşaqlara nifrət aşılana bilməz. Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub:

“Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı. Ona görə də uşaqları qorumaq lazımdır”.

Deputat Tahir Rzayev isə ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib: “Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər. Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir”.

Qanun layihəsinin müzakirəsi davam etdirilib.


Xəbər 2134 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu


BÜTÜN XƏBƏRLƏR +