Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var
Samir Babayevin baldızı saxlanılıbmı?


23.01.2023  18:04 

20 yanvar irsinə qəsd





A+  A-

Ərdəbil imam cüməsi Həsən Ameli yenidən meydana qayıdıb. Bu dəfə o yanvarın 19-da həm ənənəvi həfətlik xütbəsini söyləyib , həm 20 yanvar gününü özünəməxsus interpretasiyada təqdim edib.

“Dünya azərbaycanlı müsəlmanlar” günü adıyla keçrilən tədbirdə çıxış edən Həsən Ameli deyib ki, yanvar ayı azərbaycanlılar üçün çox mühüm və unudulmaz bir gün, tarixin bir parçasıdır. “Çünki bu gün kommunistlərin 70 illik səyi boşa çıxdı və Azərbaycan Respublikasından olan azərbaycanlılar tikanlı məftilləri qıraraq qaynayan Arazı keçib İrana gəldilər... Bu böyük hərəkat, ilk növbədə, tarixi vətənimiz olan Baba Toprağı və Baba Ocağına sevgidən və hələ də İrana məxsus olduğumuzdan irəli gəlirdi”, - deyə o təhrifini təqdim edib.

Daha sonra imam cümə Azərbaycanın İsraildə səfilrik açması xəbərini şərh edərək Azərbaycan xalqı adından Azərbaycan dövlətini ittiham edib: ”Bizim İslam ümmətinin düşmənlərini pak torpağımıza və vətənimizə gətirməyə haqqımız yoxdur və münasibətləri normallaşdırmaq əvəzinə, bu rejimin, Qurana, İslama və İslam ümmətinə etdiyi xəyanətlərə nəzər salmaq daha yaxşı olar. Biz azərbaycanlılar sionist rejimin məhəlləmizdə mövcudluğu ilə alçaldılmışıq və heç bir şəkildə bu rüsvayçılığı qəbul etməyəcəyik və sionist rejimin Azərbaycandakı səfirinə müraciət edirik ki, bəyanat versin ki, dünya azərbaycanlılarının saxta rejimlə heç bir əlaqəsi yoxdur”.

Analoji tədbir Təbriz şəhərində də keçirilib, lakin tədbirdən mətn deyil, fotoreportaj təqdim edilir.

Xatırladaq ki, H.Amelinin təşəbbüsü ilə bir müddətdir ki, 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü də fərqli interpretasiyada təqdim olunur.

Həmin gün Şimali azərbaycanlıların “həsrət qaldıqları tarixi vətənə-İrana canatımı” kimi yozulur.

Təəssüf ki, bəzi mühacir fəalların 20 yanvar siyasi irsi və hakimiyyət mövzusunda gəzişmələri ilə H. Ameilinin tezisləri arasında müəyyən sinxronluq, bir-birini tamamlama hiss olunur.

Cəmaləddin Quliyev

Xəbər 1186 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +