Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


19.04.2021  11:21 

6 aylıq komadan sonra şəhid oldu...





A+  A-

6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhidlik zirvəsinə ucalıb.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya şəhidin həyat yoldaşı Aydan Əbilova məlumat verib. Onun sözlərinə görə, N. Əbilov bu gün səhər saat 7:00-da şəhid olub. O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var.

Xatırladaq ki, “Qafqazinfo” bir müddət əvvəl komada olan Nurlan Əbilovla bağlı məqalə hazırlamışdı. Həyat yoldaşı Nurlanın vəziyyətinin gündən-günə geriyə doğru getdiyini bildirmişdi. BDU-nun coğrafiya fakültəsini bitirən Nurlan Əbilov anasının xəstəliyi səbəbindən təhsilini bir müddət dondurub, diplomunu ala bilməyibmiş. Diplomunu ailəsinə o döyüşdə olanda göndəriblər, Nurlan Əbilova diplomunu görmək qismət olmayıb.

Xəbər 1776 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +