Seymur Verdizadənin 50 illik yubileyi ilə bağlı toplantı keçirilib
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...


23.10.2024  18:18 

Vardanyanın şikayəti barədə qərar verildi





A+  A-

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Vardanyan vəkili ilə birgə prosesdə iştirak edib. Onlar həbs qərarının ləğv edilməsini xahiş ediblər.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi R.Vardanyanın barəsində cinayət işinin materiallarını tədqiq edib, işin hallarını araşdıraraq yekun qərarını elan edib.

Qərara əsasən apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.

Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin general-mayoru, 2020-2022-ci illərdə qondarma "Dağlıq Qarabağ respublikasının müdafiə ordusu" adlandırılan qanunsuz silahlı birləşmədə “komandanın birinci müavini” olmuş, çoxsaylı terror aktlarına, silahlı hücumlara rəhbərlik etməsinə və digər cinayət əməllərinə əsaslı şübhələr olan Manukyan David Azatinin şəxsən idarə etdiyi nəqliyyat vasitəsində Qarabağdan qaçarkən Laçın rayonu ərazisində tutulub Bakıya gətirilərək istintaqa cəlb edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ilkin ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Məlum olduğu kimi, BBC və digər xarici media qurumları bir müddət əvvəl Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmiş, beynəlxalq təşkilatların bu barədə hesabatlarını yaymışdılar.



Xəbər 5035 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +