Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


10.10.2023  16:36 

Azərbaycan tele-məkanında xaos hökm sürür - Seymur Verdizadə





A+  A-

“Həbsxana insanların islah olunması üçün nəzərdə tutulan müəssisədir. Heç birimiz ora düşməkdən sığortalanmamışıq. Əgər insan cəzasını çəkibsə, öz həyatını qaldığı yerdən davam etdirə, bacardığı işin qulpundan yapışa, cəmiyyətə fayda verə bilər”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Bizim vəzifəmiz vaxtilə cinayət törətmiş və yaxud hansısa səhv üzündən məhbəsə düşmüş insanları yenidən cəmiyyətə qazandırmaq olmalıdır. Bu baxımdan mən keçmiş məhbuslara ögey münasibəti qəbul etmirəm. Bu cür münasibət onların işsiz qalmasına, müxtəlif cinayət əməlləri törətməsinə və yenidən həbsxanaya düşməsinə səbəb ola bilər.

Televiziya, mətbuat isə bir qədər həssas sahədir. Burada yanaşma fərdi və fərqli olmalıdır. Ekrana çıxan insanlara məsləhət verən adamların buna haqqı çatmalıdır. İmkan daxilində cəmiyyətə nümunə olan adamların vitrində olmasına çalışmalıyıq.

Təəssüf ki, bu gün Azərbaycan tele-məkanında xaos hökm sürür. Sponsoru olan istənilən adam veriliş aça, cəmiyyətə hansısa mesajlar verə bilər. Pulun varsa, intellekt, təcrübə və peşəkarlıq arxa plana keçir. Buna görə də kanallar öz tamaşaçı auditoriyasını itirir.

Yolunu azan, qonşusunun ayağının altını qazan və ömrü boyu mərdimazarlıq edən adamlar bu gün efirlərdə boy göstərirlər. Şablon olsa da deyəcəyəm, “Namussuz namusdan, qeyrətsiz qeyrətdən, savadsız isə elm və bilikdən danışır”. Kimdə nə yoxdursa, ondan danışmağa can atır. Buna görə də tamaşaçılar əksər aparıcıların səmimiyyətinə inanmır. Məncə, televiziyalara çəki-düzən verməyin vaxtı çatıb. Hər yoldan ötənin efirdə xalqa ağıl öyrətməsinə imkan vermək olmaz”.

Xəbər 2132 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +