Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


06.10.2021  13:30 

Manevr qaydalarını kobud şəkildə pozanlar cərimələnəcək





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişən, manevr qaydalarını kobud şəkildə pozan sürücülərə bir daha xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində xidmət zamanı, eləcə də xüsusilə texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradan sürücülərə də tez-tez rast gəlinir: “Bu, onu göstərir ki, sürücülər gün ərzində, xüsusi ilə günün pik saatlarında müəyyən məsafəni daha qısa zaman ərzində qət etmək üçün yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Belə ki, “Yol Hərəkəti Haqqında Qanun”a görə, zolaqların tez-tez dəyişdirilməsi özü manevr qaydalarının pozulması kimi qiymətləndirilir.

Eyni zamanda bu hərəkətlər digər sürücülər üçün, eləcə də yolu keçən piyalara da ciddi narahatlıq yaradır. Bu cür əməlləri edən sürücülər bəzən hesab edirlər ki, onlar müəyyən müddət ərzində həmin məsafəni tez bir zamanda qət edəcəklər. Lakin paytaxt ərazisində sürücülər bilməlidirlər ki, tez-tez rastlaşdıqları yol ayrıcıları, işıqforlar var. Həmin sürücülər yolların hərəkət istiqamətlərini kobud şəkildə pozurlar.

Sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı tez-tez yol-nəqliyyat hadisələri də baş verir ki, bu da yollarda süni sıxlıqların yaranmasına səbəb olur”.

“Bu cür manevr qaydalarının kobud şəkildə pozulması əslində onları digər yerlərdə dayanmağa məcbur edir. Sürücülər nəzərə alsınlar ki, paytaxtın hər bir küçə və prospektində xüsusi texniki vasitələr quraşdırılıb. Yol polisi olmayanda da biz bu qayda pozuntuları aşkarlayıb, sürücülərin barəsində qanunamüvafiq tədbir görürük”, - o vurğulayıb.

Xəbər 2004 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +