Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


05.03.2018  18:23 

217 nəfər Azərbaycan vətəndaşlığını itirib





A+  A-

Ötən il dini ektremist fəaliyyətlə məşğul olduqlarına görə 202 şəxsin Azərbaycanın vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb və baxılması üçün toplanan materiallar müvafiq məhkəməyə göndərilib.
XəzərNews.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Ötən ildə Dövlət Miqrasiya Xidmətinə göndərilən bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilən 312 şəxsin readmissiyası həyata keçirilib.

2017-ci ildə Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 837 müraciət müvafiq qaydada araşdırılıb. Bu müraciətlərin 595-i Azərbaycan vətəndaşlığına qəbul, 14-ü Azərbaycan vətəndaşlığına bərpa, 228-i vətəndaşlıqdan çıxma məsələləri ilə bağlı olub. Əvvəlki hesabat dövründən icraatda olan sənədlərlə birlikdə 829 vəsatət (600 qəbul, 12 bərpa, 217 çıxma) Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.

Vahid miqrasiya məlumat sistemi vaistəsilə müəyyənləşdirililib ki, 2017-ci ilin 31 dekabr tarixinə ölkədə olan və ya yaşayan əcnəbilərin sayı 109129 nəfərdir. Onlardan 64015-i olduğu yer üzrə qeydiyyat, 26-sı müvəqqəti olma müddətininuzadılması, 34079-u müvəqqəti yaşamaq üçün icazə, 10942-si daimi yaşamaq üçün icazə, 67-si isə qaçqın statusu ilə ölkədə yaşayırlar.

Xəbər 1383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +