Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


14.02.2022  15:06 

Hikmət Cavadov Qurultayın nəticələrini şərh etdi





A+  A-

Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti - II Hesabat-seçki Qurultayı keçirilib. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukrayna Azərbaycanlıları Radasının (UAR) II Qurultayının nəticələrini XəzərNews.az-a şərh edib.

H.Cavadov bildirib ki, həmrəyliyi və birliyi davamlı təmin etmək üçün UAR-a Ukraynada fəaliyyət göstərən 23 diaspor təşkilatı qoşuldu:

- UAR-da həmsədrlik institutu ləğv edilərək kollegial idarəetmə formasına keçildi;
- İdarə heyətinə 21 nəfər seçildi. Heyətə ictimai, elm xadimləri və tanınmış iş adamları daxil oldu;
- Baş katib vəzifəsi direktor vəzifəsilə əvəzləndi;
- UAR-ın tərkibində iş adamları, alimlər və gənclər şuraları yaradıldı;
- UAR-ın loqotipi yeniləndi;
- UAR Nizamnaməsində mühüm dəyişikliklər edildi.

Xəbər 1999 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +