Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.10.2021  17:42 

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda yeni inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Dövlət başçıları həmçinin Füzulidə yeni avtomobil yolunun açılışına qatılacalar.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyənin dəstəyi ilə işğaldan azad olunan Zəngilan rayonunda inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

"Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq”, - məlumatda vurğulanıb. /Qaynarinfo/

Xəbər 1591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +