Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


23.01.2025  13:39 

Xaçmazda dələduzluq edənlər saxlanıldı





A+  A-

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ayrı-ayrı vaxtlarda ümumilikdə 26 şəxsə qarşı dələduzluq edən Nicat Fərmanzadə saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla müəyyən olunub ki, o, tanıdığı şəxslərin ailə üzvlərinə zəng edərək, onların övladlarına və ya digər yaxınlarına təcili pul lazım olduğunu deyib, etibardan sui-istifadə edərək zərərçəkmişlərə ümumilikdə 8 613 manat maddi ziyan vurub.

Keçirilən digər tədbirlərlə isə rayon sakini Nurlan Bayramov dələduzluq edərək digər şəxslərin adına onlardan xəbərsiz onlayn yolla kredit götürdüyü üçün saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 1861 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +