Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


09.04.2019  19:31 

Ucarda yolda qazıntı zamanı torpaq uçdu - Yaralılar var





A+  A-

"Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan ərazidə torpaq uçqunu olub.
XəzərNews.az xəbər verir ki,hadisə günorta saatlarında Ucar şəhərində mərkəzi küçələrin birində qeydə alınıb.

İlkin məlumata görə, "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçub və nəticədə 4 nəfər uçqun altında qalıb.

Xəsarət alan şəxslər uçqun altından çıxarılaraq Ucar Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Xəbər 1471 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +