Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.02.2025  14:44 

Nurlan Librenin evindən qızıl götürülüb?





A+  A-

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar şübhəli şəxs qismində həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətənin əməkdaşı Elburus İbrahimov XəzərNews.az-a bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb: “Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə Nurlanın anasının evində həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.

Xəbər 2121 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +