Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.04.2024  17:20 

“ŞAH“ ləqəbli soydaşımız Ukraynada öldürüldü





A+  A-

"ŞAH" ləqəbli soydaşımız Əskərov Faiq Tahir oğlu Ukraynanın azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Xəzərnews.az xəbər verir ki, bu barədə məlumatı Diaspora.TV-yə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat xidmətindən veriblər.

Məlumatda qeyd olunur ki, F.Əskərovla vida mərasimi aprelin 6-da, saat 14:00-da paytaxt Kiyev şəhərinin Mixaylovski meydanında keçiriləcək. Mərasimdə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri və diaspor fəalları iştirak edəcək.


Vida mərasimindən sonra soydaşımız Kiyevin Lesnoy qəbristanlığında - Şəhidlər xiyabanında döyüş yoldaşlarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Əskərov Faiq Tahir oğlu Donetsk vilayəti, Kramatorsk şəhərinin, Terni kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub. 35 yaşlı Faiq əslən Azərbaycanın Şəmkir rayonu, Qapanlı kəndindən idi.

Ruhu şad olsun!



Xəbər 9855 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +