TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ


08.12.2017  21:37 

Salyanda ana ilə 4 qızını öldürənlərlə bağlı - Qərar verildi





A+  A-

Salyanda 3 il əvvəl törədilən dəhşətli qətllə bağlı saxlanılan ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, Salyan rayon Məhkəməsi 5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Fərhad Məhərrəm oğlu Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, dünən Salyanda 3 il əvvəl itkin düşən 1961-ci il təvəllüdlü Əliyeva Mehparə və qızları – 1998-ci il təvəllüdlü Rəqibə, 1987-ci il təvəllüdlü Sevda, 1985-ci il təvəllüdlü İradə, 1991-ci il təvəllüdlü Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

Xəbər 1104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +