TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ


08.12.2017  17:25 

Milli Məclisin Təhlükəsizlik komitəsi iclas keçirdi





A+  A-

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisdən XəzərNews.az-a verilən məlumata görə, sədrin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Birinci məsələ Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd edildi ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəfdən əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb.

Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun ikinci oxunuşda müzakirə olunub.

Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və çərçivə qanundur.

Yəni bu qanunun qəbulundan sonra silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə ayrıca qanunlar hazırlanacaq.

Çıxış edən komitə üzvləri Aqil Abbas, Vüsal Hüseynov, Elman Məmmədov qanun layihəsini yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Xəbər 1596 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +