TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ


08.12.2017  15:32 

Rza Zərrabın işində “Bank of Baku”nun adı hallandı





A+  A-

ABŞ-da davam edən məhkəmə işində şahid olaraq dindirilən biznesmen Rza Zərrabın "ARE Aviasiya” şirkətinə aid biznes təyyarəsi İstanbul Atatürk hava limanında müsadirə edilib.
XəzərNews.az bildirir ki, bu barədə Doğan agentliyi yazır.

Məlumata görə, MNG bazasında olan "Challenger 300” tipli təyyarə axırıncı dəfə 30 noyabrda uçub.

İstanbul Baş Prokurorluğunda açılan istintaq çərçivəsində dekabrın 1-də Rza Zərrab və yaxınlarının əmlaklarının müsadirə edilməsinə qərar verilib. Qərarda "Türkiyə Respublikasının təhlükəsizliyi, daxili və ya xarici siyasi mənfəətləri baxımından gizli qalması lazım olan məlumatları xarici dövlət lehinə siyasi və hərbi casusluq məqsədilə təmin edildiyi” qeyd olunub.

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunda Zərrab və yaxınları barədə istintaq başlanıb. Bu istintaq çərçivəsində Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkəti olan NAB Holdinqin icraçı direktoru Omid Orominin də aktivlərinə həbs qoyulub. Bu holdinq Azərbaycanın maliyyə sektorunda iştirak edir, "Bank of Baku”nun nəzarət səhm paketinin mülkiyyətçisidir.

Zərrab hazırda Nyu-York məhkəməsində İrana qarşı sanksiyaların pozulması işi üzrə ifadə verir.

Xəbər 1638 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +