Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.10.2023  19:59 

Əli Kərimlinin partiyası nazirliyi məhkəməyə verdi





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ədliyyə Nazirliyini mhəkəməyə verib.

Xəzərnews.az xəbər verir ki, partiyanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Səlma Salahova iş üzrə hakim təyin edilib.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

AXCP sədrinin müavini Seymur Həzi məhkəmə çəkişməsi ilə bağlı təfərrüatları Qaynarinfo-ya açıqlayıb:

"Partiya sonuncu qurtultayının sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Lakin nazirlik qurultayın sənədlərini kompleks şəkildə geri qaytarıb. Bu həm qanunaziddir, həm də partiya tarixində bir ilkdir. O mənadakı partiyanın bütün sənədləri geri qaytarılıb. Bütün sənədlərinin geri qaytarılması nonsesdir. Bunun heç bir izahı yoxdur. Bu addım qurultayın bütün qərarlarını tanımamaq deməkdir. Belə bir şey olmayıb. Qurultay bir hissədən ibarət deyil, böyük bir prosesdir və onun hər addımı ilə bağlı ayrıca protokollar və qərarlar var. Nazirlik bunların hər birinə ayrıca qiymət verməlidir. Lakin çox təəssüf ki, bunun əksi baş verib. Ona görə də partiya bu məsələni məhkəmədə mübahisələndirib".

Xəbər 4818 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +