Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.10.2023  19:21 

Azərbaycan və Qazaxıstan beynəlxalq əməkdaşlıq edir





A+  A-

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada uğurla əməkdaşlıq edir.

Xəzərnews.az Qazaxıstan səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşündə bildirilib.

Görüşdə sürətlənən ikitərəfli əməkdaşlıq templəri məmnunluqla qeyd olunub. Tərəflər həmçinin regional və beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığı və kommunikasiya mövzularına yetirilib.

Eyni zamanda, 3 noyabr 2023-cü il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə Görüşünün önəmi vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi qardaş Qazaxıstana dəstəyinə, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, regional məsələlərin həlli ilə bağlı konstruktiv yanaşmasına görə təşəkkürünü bildirib.

Səfir Alim Bayel Qazaxıstanın regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib.

Xəbər 6615 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +