Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


04.12.2021  11:12 

“Tofiq Yaqublunun döyülməsini Prezidentlə əlaqələndirmək gülüncdür”





A+  A-

“Tofiq Yaqublu birinci dəfə deyil ki, döyülür. Onun üzünün şiş olmasını 3-4 dəfə görmüşəm... Ümumiyyətlə, mitinq keçirənləri döymək yaramaz işdir”.

Bu fikirləri sabiq spiker Rəsul Quliyev bildirib.

Sabiq spiker qeyd edib ki, vətəndaşa zor tətbiq etmək olmaz:

“Tofiq Yaqublunun döyülməsini Prezidentlə əlaqələndirmək gülüncdür. Prezident bundan necə xəbər tuta bilər?! Böyük mitinq olmayıb ki... 5-10 nəfər toplaşıb, nəsə deyib, polislər də qovanda toqquşma olub... Bunu Prezident haradan bilə bilər?! Böyük ehtimal, nazirin də xəbəri yoxdur. Hadisənin başvermə səbəblərini araşdırmalı, törədənlər cəzalandırılmalıdır... İzahat verilməlidir. Orta əsrlər deyil ki, belə işlərlə məşğul olasan... Ümumiyyətlə, elə bir ölkə yoxdur ki, belə hadisələr baş verməsin. Bir müddət öncə, Əli Kərimlini də döymüşdülər. O, bu hadisələr baş verəndən sonra şikayət ərizəsi yazmadı. Niyə yazmamısan? Yaz, qoy baxmasınlar, Avropa Məhkəməsinə şikayət et. Sən axı müxalifətsən... Yalandan göstərməklə deyil ki... Tofiq Yaqublu da gərək şikayət ərizəsi yaza. Müxalifət nümayəndəsi olduğuna görə kiçik komissiya yaradılmalı, araşdırma aparılmalıdır. Təkcə sifəti göstərməklə kifayətlənmək lazım deyil, qanun yolu ilə də getmək lazımdır, əl çəkmək olmaz. Qanun pozan da gərək cavabını verə. Demirəm, döyülməlidir...”/Demokrat.az

Xəbər 1647 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +