Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.11.2020  15:29 

Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı - Açıqlama





A+  A-

“Münaqişənin tənzimlənməsi ilə bağlı imzalanan sənəddə mühüm bəndlərdən biri də sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Münaqişə zonasında kiçik sayda və yüngül silahlarla təchiz olunmuş Rusiya və Türkiyə sülhməramlı qüvvələri razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcəklər”.
XəzərNews.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O qeyd edib ki, Rusiya 90-cı illərdən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu.

“Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq.

Əsas qalib isə Azərbaycandır! İndidən sonra regionda heç bir qüvvə Azərbaycanın maraqlarına qarşı çıxa bilməz! Regionun ən güclü ölkəsi bizik!”.



Xəbər 2426 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +