Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.09.2020  17:11 

Şoyqunun müavini Bakıya gəldi





A+  A-

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkədə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, nazir müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da öz növbəsində vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan ölkələrimiz strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.

Xəbər 2380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +