Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


23.01.2019  19:07 

İlham Əliyevlə Paşinyanın görüşünə rəsmi - Münasibət





A+  A-

“Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşü bundan əvvəlki qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Qafqazinfo”nun sorğusuna cavabında bildirib.

- Mətbuatda Davosda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verilib. Bu barədə əlavə nə deyərdiniz?

- Bu görüş Davos İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. Görüş Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər.

Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu ilin 16 yanvar tarixində Parisdə, 2018-ci ilin 3 dekabr tarixində isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub.

Tam formatda dövlət başçıları səviyyəsində görüş bir qayda olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.

Xəbər 2044 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +