Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım


26.09.2021  22:30 

Mahirin Polşaya apardığı problem - TƏRS BUCAQ





A+  A-

Polşanın "Legiya” klubunda çıxış edən Mahir Emreli komandanın baş məşqçisi Çeslav Mixneviçlə söhbətdə acı etiraf edib. Polşaya gələndən sonra Mahirə bəyan olub ki, əslində, Azərbaycanda uşaq futbolunda ona çox şey öyrətməyiblər. Emreli etiraf edib ki, əgər futbolun sirlərini məsələn, "Legiya”nın futbol akademiyasında öyrənsəydi, indi tam fərqli futbolçu olardı.

Öncə bünövrə tökülməlidir

Aydındır, Mahir Polşada problemlə üzləşib. Və bu problemi özü ilə aparıb. Azərbaycanın uşaq futbolundakı problemi. Bax futbolumuzun əsas bəlası da məhz budur. Bizdə uşaq futboluna yanaşma düzgün deyil. Bir ölkənin futbol sənayesini qurmaq üçün öncə onun bünövrəsi tökülməlidir - uşaq futbolu yaradılmalıdır. Bunun üçün nə tələb olunur? İnfrastruktur və kadrlar.

Köhnə sovet sistemi ilə işləyirlər

Hətta infrastrukturdan da vacib olan amil kadrlardır. Azərbaycanda uşaq futbolunda ixtisaslı kadrlar çatışmır. Uşaq futboluna cəlb olunan məşqçilər ya köhnə sovet sistemi ilə işləyirlər, ya da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında öyrəndikləri metodla. Və hər iki metod müasir futbolun inkişafına, sürətinə uyğun gəlmir.

Baxışları dəyişməli olanlar

Azərbaycan futboluna xarici məşqçilər dəvət edilməlidir. Amma əsas yığmaya yox. Yığma komanda piramidanın ən üst hissəsidir. Axı bunun bünövrəsi yoxdursa... Xaricdən mütəxəssislər ilk növbədə uşaq futboluna dəvət edilməlidir. Avropada futbol sənayesini qura bilmiş ölkələrdən kadrlar gətirilməli, yerli mütəxəssislər isə onlardan görüb-götürməli idilər. Üstəlik, zaman-zaman yerli məşqçilər xarici ölkələrə təcrübəyə göndərilməli idi. Adlı-sanlı klubların futbol akademiyalarında əldə olunacaq təcrübə yerli mütəxəssislərin futbola baxışını tam dəyişə bilərdi. Baxışları dəyişən, müasir uşaq futbolunu anlayan mütəxəssislər futbolçunu infrastruktur kasad olan yerdə də - torpaq, asfalt üstündə də yetişdirə bilər.

Bizim futbolda məhsul necə yetişir?

Futbolçu məhsuldur. Məhsulu yetişdirmək üçün toxumu səpmək şərt deyil, aqrotexniki qaydalara riayət edilməlidir ki, bol və sağlam məhsul əldə edilsin. Bizim futbolda məhsul necə yetişir? Toxumu – uşaqları keyfiyyətsiz süni örtüklü meydançalara buraxıb qarşılarına top atırlar, vəssalam. Belə "aqrotexniki qaydalar”la adda-budda məhsul – futbolçu yetişəcək. Adda-buda yetişən futbolçular da xaricə gedərkən özləri ilə problem aparacaqlar. Azərbaycanın uşaq futbolunda olan problemi. Və bu problem onları digərləri qarşısında ən azı bir addım geri salacaq.

Natiq MUXTARLI

Xəbər 2429 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +