Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım


23.09.2021  22:16 

O Truskavetsdən bizdə də var axı





A+  A-

Bakıdan Lvova uçan təyyarələr, demək olar ki, sərnişinlə dolu olur. Bölgə xüsusən sağlamlıq turizmi üçün mövsümi olmadığından həm Azərbaycanın, həm də Ukraynanın hava yolu şirkətləri insanlarımızı həftədə bir neçə dəfə bu qədim və gözəl şəhərə daşıyır. Ordan Truskavetsə 1 saat 20 dəqiqəlik yoldur. Xüsusən orta yaşlı və 50 yaş üstü kişilər məmnunluqla çamadanlarını yığıb Karpat bölgəsinə - Truskavetsə yollanırlar. Aralarında hər il istirahət üçün bu şəhəri təkrar seçənlər daha çoxdur.

Truskavetsə dikilən gözlər

Tətildə Lvova uçanda bu marağın canlı şahidi oldum. Səbəblər çoxdur. Elə bu aydın və gizli həvəsləri nəzərə alıb marağımı boğa bilmirəm: "Doğrudanmı, Lvovda əhalinin 80 faizi qadınlardır?”. Truskavetsə yollandığım avtomobilin sürücüsü tanış sual eşidirmiş kimi gülümsəyir: "Qadınlar bir az çoxdur, amma o qədər fərq yoxdur. Çoxu da iş, ya da oxumaq üçün xaricə gediblər”.

Azərbaycanlılar birinci yerdə

Truskavetsə naşı turistlər gəlmir. Sovet dövründən də qabaq sanatoriyaları, mineral suları ilə məşhurdur. "Büvet”i dünyada tanınır. Küçələrdə turistlər qaynaşır. Pandemiya insanların Truskavets sevgisinə mane ola bilməyib. Onların içərisində azərbaycanlılar daha çox gözə dəyir. Bunu şəhərin meri də təsdiqləyir: "Hər ay Truskavetsə dünyanın hər yerindən minlərlə turist gəlir. Onların içərisində azərbaycanlılar birinci yerdə dayanır”.

Bizimkilər Karpatın incisinə maraqlarını daha çox istirahət və müalicə üçün çeşidli imkanların olması ilə izah edirlər. Mineral suların möcüzəvi şəfasını isə xüsusi qeyd edirlər: "Oralarda insanın təkcə vücudu deyil, qəlbi də dincəlir”.

Öz mineral mənbələrimiz

Şəhəri gəzdikcə, turizm potensialını ürəyimdə götür-qoy etdikcə ölkəmizin analoji imkanları ilə paralellər aparıram. Axı bizim də bölgələrimiz təbii müalicə ehtiyatları ilə zəngindir. Müalicəvi neft və palçıqlarımız, mineral sularımız heç də sağlamlıq turizmi ilə öyünən ölkələrdən geri qalmır. Ancaq Abşeron yarımadasında püskürən onlarca palçıq vulkanından çıxan müalicə palçıqları nə balneoloqların, nə də kurortoloqların diqqətini çəkir. Digər bölgələrimiz də termal və mineral bulaqlarla, balneoloji, oksigen xassəli sularla zəngindir.

Təəssüf ki, özümüzdə olan bu sərvəti turizm bazarına çıxara bilmirik. Bu məhsulların tanıdılması istiqamətində işlər təkcə stendlərdə nümayiş olunmaqla bitir. Amma özümüzünkülər daxil, qonşu ölkələrin də turistləri üçün sağlamlıq turizminin ünvanına çevrilməyə əla imkanımız var. Bundan həm də iqtisadiyyatımız qazanar. Onda insanlarımız da müalicə üçün məsələn, Bakı-Lvov təyyarəsinə deyil, elə öz bölgələrimizə tələsər...

Təranə Məhərrəmova


Xəbər 2844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +