Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


21.05.2018  16:37 

Bakıda qəbiristanlıq “goreşənləri” saxlanıldı





A+  A-

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzar daşlarının üzərində olan bürünc və latundan hazırlanan barelyefləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
XəzərNews.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev tutularaq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satlıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı məlum olub ki, S.Əsədullayev və M.Əsədullayev Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri də oğurlayıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Yasamal Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Xəbər 1861 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +