Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.03.2023  11:18 

llham Əliyev bolqarıstanlı həmkarını təbrik edib





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarı Rumen Radevə təbrik məktubu ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycanın Bolqarıstanla əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. “Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir”, - deyə təbrikdə qeyd olunur.

Məktubda daha sonra deyilir: “Keçən ilin oktyabrında Bolqarıstana etdiyim rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.

Azərbaycan Prezidenti enerji sektorunda səmərəli işbirliyinin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xəbər 1220 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +