Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


27.02.2018  17:05 

İham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı





A+  A-

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
XəzərNews.az xəbər verir ki, iclasda MSK sədri Məzahir Pənahovbildirib ki, İlham Əliyevin səlahiyyətli nümayəndələrinə 45 min imza vərəqi verilib:

“Onlar seçici imzalarını Mərkəzi Seçki Seçki Komissiyasına fevralın 22-də təqdim ediblər. İmzalar MSK-dakı İşçi Qrup tərəfindən yoxlanılıb”.

MSK üzvü, İşçi Qrupunun rəhbəri Etibar Quliyev deyib ki, seçici sənədləri kifayət qədər yüksək səviyyədə hazırlanıb: “Bu da təcrübədən xəbər verir. Burada heç bir pozuntu olmayıb. Namizədin müadifəsi üçün 125 seçki dairəsi üzrə seçici imzası toplanılıb. MSK-da 42 min imza yoxlanılıb, bu da namizədin qeydə alınmasına əsas verir. Ona görə də imzaların yoxlanılması dayandırılıb. Etibarsız seçici imzalarının sayı sıfırdır”.

Məsələ səsverməyə çıxarılıb. Səsvermə ilə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Xəbər 1983 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +