Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


02.11.2021  18:01 

Bacılar polisdə döyüldüklərini iddia edirlər - Şikayət





A+  A-

Goranboy rayonunda parkda çəkiliş edən Aygün və Əfsanə Həsənova bacıları polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını iddia edirlər.

XezerNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin videoda parkın baxımsız və səliqəsiz vəziyyətdə olduğu bildirilir. Daha sonra yayılan məlumatda bu halla bağlı bacılardan birinin polis şöbəsinə çağırıldığı və orada fiziki təzyiqə məruz qaldığı iddia olunub. Aygün Həsənovanın sözlərinə görə, Xocalı rayon Polis Şöbəsində ona qarşı kobud davranılıb. O bildirib ki, hadisə zamanı eynəyi qırılıb. A. Həsənova eynəyinin Rəşad kimi təqdim etdiyi rəis müavini tərəfindən qırıldığını bildirib. Bununla bağlı səs yazısı da yayıb. Belə ki, həmin şəxsə etdiyi zəngdə ona “Sən mənə iki şillə vuranda eynəyim də qırıldı” deyib.

DİN Mətbuat xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, polis baş leytenazontı Eşqin Qasımov bildirib ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini Aygün Həsənova və bacısı Əfsanə Həsənova oktyabrın 21-də qəsəbə ərazisindəki parkda çəkiliş apararaq əsassız iddialar səsləndirib və ictimai qaydanı açıq şəkildə pozublar:

“Bununla bağlı Xocalı RPŞ-də müvafiq araşdırmalar başlanılıb və polis əməkdaşları həmin xanımların izahatını almaq üçün yaşadığı ünvana gəldikdə onlar qeyri-adekvat davranışlar nümayiş etdirərək polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyiblər. Onların polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar əsassızdır və böhtan xarakterlidir. Faktla bağlı hazırda RPŞ-də araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, sözügedən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xəbər 1686 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +