Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.10.2017  14:21 

Beynəlxalq Bankın sabiq əməkdaşlarına hökm oxundu: 11 il həbs və CƏRİMƏ





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, E.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Polisin nəzarəti altında olan digər iki şəxsə isə 2000 manat məbləğində cərimə cəzası verilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Hüseynovun 11 il, A.Piriyevanın 1 il və A.İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Elnur Hüseynov 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək, ayrı-ayrı şəxslərə müraciət edib. O, həmin şəxsləri işlədiyi bank filialından kredit rəsmiləşdirməyə razı salıb, kredit üzrə əsas və faiz borclarını özünün ödəyəcəyini deyərək, onlara yalandan vəd verib.

E.Hüseynov Səmra Məmmədovanın kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Qumru Hüseynova, Aydın Qaçayev, Elçin Qəhrəmanov, Mehdi Cavaninin hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirib və özünə götürüb.

Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.

E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq külli miqdarda törədildikdə) ilə ittiham edilib.

Beynəlxalq Bankın digər əməkdaşları A.Piriyeva ilə A.İsmayılov isə CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunublar.

Xəbər 1770 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +