Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.03.2017  15:11 

Bakıda taksi sürücüsünü kəndirlədilər - Bıçaqlanan var





A+  A-

Bakıda taksi sürücüsünü soymaq istəyən şəxslərdən biri hadisə zamanı bıçaqlanıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.

V.Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.

Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Xəbər 1500 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +