Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


17.05.2019  21:54 

Azərbaycanlılar arasında qanlı atışma - Saxlanılanlar var





A+  A-

Ukraynanın Jitomir şəhər polisi mayın 15-də Kamennıy Brod kəndində 3 nəfərə atəş açıb, bir nəfər azərbaycanlını qətlə yetirən cinayətkar qruplaşmanı zərərsizləşdirib.
XəzərNews.az xəbər verir ki, polis sifarişli qətlin təşkilatçısının azərbaycanlı olduğunu bildirib. Bundan başqa, həmin şəxsin daha bir cinayət əməli üzə çıxıb. Belə ki, o, 2016-cı ildə Jitomir kafesində bir nəfər sahibkarı güllələyərək qətlə yetirib.

Bu barədə Jitomir əyalətinin Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko “Facebook” səhifəsində yazıb: “Bizim kifayət qədər əsasımız var deyək ki, qətlin sifarişçisi 2018-ci ilin fevralında digər bir cinayət əməlinə görə tutulan, ancaq yarım milyon qriven girov ödədikdən sonra sərbəxt buraxılaraq şəhərin küçələrində azad gəzən Azərbaycan vətəndaşıdır”.

Onun sözlərinə görə, iki nəfər şəxs 3 nəfərə atəş açıb və onlardan birini başından vuraraq öldürüb. Bundan sonra isə qatillər motosikletlə qaçıblar. Ancaq patrul xidmətinin əməkdaşları onlardan birini – 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşını saxlaya bilib. Mayın 16-da isə hüquq-mühafizə orqanlarının əməkdaşları daha iki nəfəri saxlayıb. Onların birindən pistolet, qumbara və döyüş sursatı tapılıb.

Dəstə üzvlərinə qarşı qəsdən adamöldürmə və qanunsuz silah daşıma maddələri üzrə ittiham irəli sürülüb.

Xəbər 1408 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +