Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


08.08.2023  08:48 

Bu qurum yarım milyon manata məsləhət alacaq





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi Gürcüstanın "Reformatics FZC" şirkəti olub.

XəzərNews.az yeniavaz.com-a istinadən xəbər verir ki, Vergi Xidməti vergi sisteminin təkmilləşdirilməsi istiqamətində islahatların həyata keçirilməsi üçün ekspert dəstəyi üçün "Reformatics FZC" şirkətinə 534 min 933 manat 19 qəpik ödəyəcək.

Bildirilib ki, bu müqavilə üzrə satınlama proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib (elektron satınalma deyil).

Məlumat üçün qeyd edək ki, "Reformatics FZC" şirkətinin rəsmi saytında qeyd olunub ki, şirkət 2012-ci ildən fəaliyyət göstərir: “Dünya üzrə dövlət sektoru liderləri ilə sıx əməkdaşlıq edərək onlara sürətli iqtisadi artım üçün düsturlar və strategiyalar, eləcə də dövlət siyasətinə innovativ yanaşmalar hazırlamaqda kömək edən məsləhət firmasıdır”.

Həmçinin qeyd edilib ki, şirkət Gürcüstanın keçmiş baş naziri cənab Nika Gilauri tərəfindən təsis edilib. N. Gilauri iqtisadi islahatlar, biznes sektoru və idarəetmə üzrə keçmiş baş məsləhətçiləri Tamara Kovziridze və Vaxtanq Lejava ilə birlikdə şirkətə rəhbərlik edir.

Xəbər 1729 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +