Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


15.02.2019  18:06 

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb





A+  A-

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə, həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə ediblər.

Tərəflər, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1790 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +