Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


01.11.2021  19:21 

Salyanda 14 yaşlı qız nişanlandı





A+  A-

Sosial şəbəkələrdə 14 yaşına çatmayan qızın nişan mərasimin keçirilməsi və erkən nikaha sövq edilməsi ilə bağlı məlumat yayılıb.

Bildirilib ki, hadisə Salyanın Şorsulu kəndində baş verib. İddia ounub ki, azyaşlı evləndirilmək məqsədilə təhsildən uzaqlaşdırılıb. Ona nişan mərasimi keçirilib, gələn ilin əvvəllərinə isə toy planlaşdırılıb.

XezerNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ barədə açıqlama verib.

O bildirib ki, azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar DİN-in nəzarətinə götürülüb:

“Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.

Xəbər 1688 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +