Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsilli milyonçunun bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı


17.10.2023  23:37 

Diyarbəkirdə Sur Mədəniyyət Yolu Festivalı başlayıb - Fotolar





A+  A-

Türkiyə Respublikasının artıq ənənəyə çevirdiyi Mədəniyyət Yolu Festivallarının oktyabr ayı üçün məkanı tarixi Diyarbəkir şəhəridir.

Fərqli mədəniyyətlərə beşiklik edən Diyarbəkir artıq ikinci ildir Sur Kültür Yolu Festivalına ev sahibliyi edir. Festivalın məqsədi ölkənin mədəniyyət mirasını, tarixini, incəsənətini və qastronomik ənənələrini dünyaya tanıtmaqdır.

Oktyabrın 14-də Diyarbəkirdə başlayan festival oktyabrın 22-dək - 9 gün davam edəcək. Festivalın zəngin proqramına böyükdən- kiçiyə qədər bütün insanlar üçün rəngbərəng tədbirlər daxildir.

Şəhərin qonaqları və yerli sakinlər festival günlərində YUNESKO-nun Mədəni İrs siyahısında yer alan qədim surlarla, tarixi məsçidlər və kilsələrlə, İçkale Muzey Kompleksi, Öngözkü körpü, Ulu Cami, Hasanpaşa Hanı kimi tarixi məkanlarla, düzənlənən sərgilərlə, minillik mədəniyyətə, tarixə və sivilizasiyalara şahidlik edən eksponatlarla, bölgənin adət-ənənəsini, qastronomik xüsusiyyətlərini əks etdirən yarmarkalarla və s. tanış əsrlərə söykənən tarixinə yaxından bələd olurlar.

Festival ziyarətçiləri eramızdan əvvəl 7000-ci ilə aid əsərlərin tapıldığı arxeoloji qazıntı sahəsinə də maraq göstərirlər. Bura Diyarbəkirin mərkəzində ilk yaşayış məskəninin olduğu yerdir və qədim mənbələrdə Amida Höyük adlanır. Amida Kurqan 9 ildir fasiləsiz Diyarbəkirin inzibati mərkəzi olduğu üçün dünyada yeganə nümunə kimi YUNESKO-nun Dünya Mədəni İrs siyahısında yer alıb.

Festival çərçivəsində insanlar şəhər gəzintilərində iştirak edir, seminarlara, ustad dərslərinə və s. qatılırlar.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival ildən-ilə coğrafiyasını genişləndirır və artıq ən uzun sürən festivallar içərisində yer alıb. Bu il festival 11 şəhəri əhatə edir. Avqust ayında Kapodokiyada start götürən Balon və Kültür yolu Festivalı Diyarbəkirdən sonra İzmirdə davam edəcək və dekabr ayında Antaliyada başa çatacaq.

Təranə Məhərrəmova
Xəzərnews.az
Diyarbəkir/Türkiyə








Xəbər 1735 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +