Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


10.09.2019  13:17 

Qarayaraya yoluxan qəssablarla bağlı yeni xəbər





A+  A-

Səhiyyə Nazirliyi Sabirabadda qarayaraya yoluxan xəstələrin durumunu açıqlayıb.
XəzərNews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həmin şəxslərin müalicəsi davam edir, vəziyyətləri normaldır.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aşdırmalara başlayıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

Xəbər 1485 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +